Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft tələbatının gündəlik 30 milyon 600 min barrel olacağı proqnozlaşdırılır.
Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-ə görə, bu il qlobal neft tələbatı isə ötən illə müqayisədə 1 milyon 20 min barrel artaraq sutkalıq 99 milyon 840 min barrel təşkil edəcək.
Lakin buna baxmayaraq, kartel qlobal neft tələbatına dair proqnozunu əvvəlki aya nisbətən 80 min barrel azaldıb.