Türkiyə gündəlik neft hasilatını artırıb.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz məlumat yayıb.
O bildirib ki, ölkə daxilindəki neft istehsalı son 20 ilin rekord həddinə çatıb: “2018-ci ildə gündəlik neft hasilatı 42 min 330 barel idisə, 2019-da bu rəqəm 50 min 327 barelə çatıb”.