Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 16% artaraq 22 901 835,45 min. ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 13 519 906,70 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 9 381 928,75 min. dollar olub. Nəticədə 4 137 977,95 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin ilk yarısında ixrac 5%, idxal 36,7% artıb, müsbət saldo isə 31,2% azalıb.