XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 10:14

Dünya bazarında neftin qiyməti:"Brent" bahalaşıb

Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

Bu gün axşam saatlarında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksələrək bir barelə görə 69,02 dollar səviyyəsində qərarlaşıb.

“WTI” markalı neftin qiyməti isə bir barelə görə 62.90 dollara qədər (14.8% artıb) artıb.

Qeyd edək ki, “Qara qızıl”ın qiymətində bahalaşma Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarından sonra baş verib.  /Report