XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 10:46

“Brent” neftinin qiyməti [color=red]33 dolları keçdi

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artırmayacağı ilə bağlı açıqlamasından sonra bazarda yaranan optimist abu hava təsiri ilə “Brent” neftinin barrel qiyməti 33 dolları keçib.

Azertag.az xəbər verir ki, hazırda Londonun İCE birjasında “Brent”in bir barreli 33,36 dollara, “Layt” isə Nyu-Yorkun NYMEX birjasında 32,41 dollara satılır.

Analitiklərin fikrincə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatçı ölkələrlə birgə ittifaq yaradılması ilə bağlı çağırışı da qiymətlərin artmasına təsir edib:

“Neft bazarında təklifin azaldılması ilə bağlı fikirlərin aktuallaşması qiymətlərdə təsiredici rol oynayır. FES-in açıqlamasından sonrakı optimist abu-hava isə tələbata dair gözləntiləri dəstəkləyir”.