XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2016 - 13:45

Nazirlik xarici bazarlarda [color=red]2 milyard dollarlıq istiqraz yerləşdirəcək

Maliyyə Nazirliyi xarici maliyyə bazarlarında istiqrazlar yerləşdirməyi nəzərdə tutur.

Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aparıcı menecerlər də artıq seçilib: "Bunlar "CitiBank", "JP Morgan" və "UniCreditBank"dır".

S.Şərifov əlavə edib ki, xarici bazarlarda yerləşdiriləcək istiqrazların ümumi dəyəri 2 mlrd. ABŞ dollarıdır.