"Azərbaycanda ənənəvi pambıqçılıq yenidən inkişaf etdirilməlidir. Bu sahədə inkişafa nail olmaq üçün fermerlərə yeni güzəştlər, uzunmüddətli kreditlərin verilməsi nəzərdə tutulub".
Strateq.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusunda əməkdaşlıq konfransında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir deyib ki, hazırda məsələ ilə bağlı şirkətlərlə danışıqlar aparılır.
“Pambığın alış qiymətinə yenidən baxılmalıdır”, – deyən Ş.Mustafayev Azərbaycanın idxaldan asılılığının azaldılmasının vacibliyini qeyd edib: “Qarşıya qoyulan prioritet məqsədlərdən biri də ixracı stimullaşdırmaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, habelə investisiya, ixraca təkan vermək və biznesin inkişafına dəstək olmaqdır”.
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının 70% təşkil etdiyini vurğulayan nazir bu rəqəmin gələcək illərdə daha da artacağını vurğulayıb.