Ötən həftə ərzində (16-20 sentyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 3,46 ABŞ dolları və ya 5,3% artaraq orta hesabla 68,75 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 71,1 dollar – sentyabrın 16-da qeydə alınıb.