XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 14:36

Birləşmiş Ərəb Əmirilyində [color=red]benzin sudan ucuzdur

neft-qiymet.jpg

Birləşmiş Ərəb Əmirliyində artıq 6 aydır ki, neftin ucuzlaşmasına paralel olaraq benzinin qiyməti də düşür.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda benzin içməli sudan bir neçə dəfə ucuzdur. Birləşmiş Ərəb Əmirliyinin Energetika Nazirliyi yarım il əvvəl qiyməti 50 sent olan Special kateqoriyalı (Aİ 95-in analoqu) benzinin indi 40 sentə satıldığını bildirib.

Ölkədə yanacağın ucuzlaşması fonunda qida məhsullarının bahalaşması nəzərə çarpır. Belə ki, qazlı suyun bir litri benzindən 2 dəfə, mineral içməli suyun qiyməti isə 5-8 dəfə bahadır. Bu vəziyyət hökuməti sosial əhəmiyyətli qida məhsullarına sabit qiymət qoymağa məcbur edir.

Birləşmiş Ərəb Əmirliklərinin ətraf mühitin qorunması təşkilatı yanacaqdoldurma məntəqələrində qiymətlərin ucuzlaşmasından narahatdır. Təşkilat ucuz benzinin ekoloji nəqliyyat vasitələrindən istifadəni arxa plana keçirəcəyindən ehtiyatlanır.