XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 14:52

Qazaxıstan “OPEC plus” sazişinin şərtlərinə sadiq qalacaq- Nazirdən açıqlama

Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev ölkəsinin karbohidrogen istehsalını artırmaq üçün Səudiyyə Ərəbistanında hasilatın azalmasından faydalanmaq niyyətində olmadığını bildirib.

Azərtac xəbər verir ki, nazir ölkəsinin “OPEC plus” sazişinin müddətinin sonuna kimi orta hesabla 1,86 milyon barrel həcmindən çox neft istehsalı həyata keçirməyəcəyini qeyd edib.

K.Bozumbayev Qazaxıstanın qiymətləri sabitləşdirmək üçün “OPEC plus” sazişinin müddəti bitənə qədər müqavilənin şərtlərinə sadiq qalacağını, neft hasilatını azaltmaq üçün saziş şərtlərinin uzadılmasına etiraz etməyəcəyini vurğulayıb.