Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, sentyabrın 26-da qızılın qiyməti sentyabrın 25-i ilə müqayisədə 32,4445 manat azalaraq 1 unsiya üçün 2567,204 manat təşkil edib.
Gümüş 0,8326 manat ucuzlaşaraq 1 unsiya üçün 30,6344 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 33,133 manat azalaraq 1585,8705 manat, palladiumun qiyməti 37,6805 manat azalaraq 2802,875 manat təşkil edib.