XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 00:17

Azərbaycan nefti ucuzlaşır- Son qiymət

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,54 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel azdır.