XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2016 - 06:43

Azərbaycanın investisiya reytinqi [color=red]aşağı salındı

«Standard & Poor’s» (S&P) agentliyi Azərbaycanın kredit reytinqini aşağı salıb. Fins.az-ın «Bloomberg» agentliyinə istinadən verdiyi məlumatına görə, «Standard & Poor’s»un qərarı ilə Azərbaycanın investisiya reytinqi indiyədək olan «BBB-»dən «BB+»a endirilib.

Agentliyinə məlumatına görə, keçmiş SSRİ-nin ərazisində 3-cü ən böyük neft ixracatçısının kredit reytinqinin aşağa salınmasının səbəbi neftin kəskin ucuzlaşması olub. Nəticədə Azərbaycanın tarixində ilk dəfə olaraq, kredt reytinqi «BBB-» səviyyəsindən «BB+»a endirilib. Reytinq üzrə proqnoz isə, sabitdir.

Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib. "Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır", – deyə analitiklər xatırladır.

Bununla yanaşı, digər reytinq agentlikləri – «Fitch Ratings»«Moody’s Investors Service» Azərbaycanın investisiya reytinqini aşağı səviyyədə olsa da sabit proqnozla saxlayırlar.

S&P agentliyi neftin ucuzlaşması fonunda 2016-2018-ci illərdə Azərbaycanın büdcə kəsirinin olacağını proqnozlaşdırır.

"Bizim fikrimizcə, xarici risklər artır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2014-cü ilin ortalarındakı pik dövründən bəri indiyədək üçdə ikisini itirib», – deyə agentliyin bəyanatında bildirilir. 

Agentlik qeyd edir ki, 2015-ci ildə manatın təqribən 2 dəfə ucuzlaşması və dekabrda Mərkəzi Bankın manatın məzənnəsini tənzimləməsindən imtina etməsinin fonunda Azərbaycan kapitalın hərəkətinə məhdudiyyət qoyub.