XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 17:25

“Azexport” bu ilin 8 ayında 400 milyon dollarlıq sifariş alıb –İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Bu ilin yanvar-avqust aylarında “Azexport” portalına 399,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Sənəddə deyilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac sifarişlərinin dəyəri 8,8% artıb.

Təkcə bu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 2,3% çoxdur.

8 ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk 5-liyində Rusiya (11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%) və Böyük Britaniya (5,2%) qərarlaşıb.

Bu ilin avqust ayında “Azexport” portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 avqust tarixinə kimi (32 ay ərzində) “Azexport” portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,338 milyard dollar təşkil edib.

“İxrac İcmalı”nda deyilir ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 7,7 milyon dollar olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verib və bunun nəticəsində 99,4 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.