XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2019 - 17:40

Azərbaycana gələn əcnəbilər bank kartları ilə 863 milyon manat xərcləyib –Bu ilin 8 ayında

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min nəfər, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Məlumata görə, xariclər bu ilin 8 ayında bank kartları ilə 862,9 milyon manatlıq əməliyyat aparıb. Bu rəqəm təkcə avqust ayında isə 137,4 milyon manat olub.