Xam neftin qiyməti iyuldan bu vaxtadək ən böyük həftəlik itkiyə yönəlib.
Azərtac xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında neft hasilatının yenidən əvvəlki səviyyəyə qayıtması və qlobal bazarda yarana biləcək tədarük bolluğuna dair narahatlıqların artmasıdır. Nəticədə “qara qızıl”ın qiymətində iyul ayından bəri ən böyük həftəlik itki qeydə alınır.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 62,64 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 56,58 dollara alıcı axtarır.