XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 15:53

Ukraynada yeni 1000 qrivna əsginası dövriyyəyə buraxılacaq- FOTO

Oktyabrın sonlarından Ukraynada yeni 1000 qrivna əsginası dövriyyəyə buraxılacaq.

Azərtac Ukrayna Milli Bankına istinadla xəbər verir, yeni əsginasın dövriyyəyə buraxılması minimum əməkhaqqının artım dinamikası ilə bağlıdır. Belə ki, 2006-cı ildə 500 qrivnalıq əsginas dövriyyəyə buraxılanda Ukraynada orta əməkhaqqı 1000 qrivna idi.

Onda bankomatlarda iki 500 qrivna ilə mübadilə etmək asan idi. 2006-cı illə müqayisədə Ukraynada minimum əməkhaqqı təxminən 9 dəfə artıb. Bu baxımdan çox sayda əsginasın buraxılmasına və onların toplanmasına xərcləri azaltmaq üçün maksimum dəyəri artırmaq qərara alınıb.

Oktyabrın əvvəlindən isə tədricən 1, 2 və 5 qəpiklər dövriyyədən yığılacaq.

Yeni əsginasın üzərində tanınmış Ukrayna alimi, Ukrayna Elmlər Akademiyasının ilk rəhbəri Vladimir Vernadskinin şəkli olacaq.

Ukraynanın bəzi ekspertləri isə yeni əsginasın dövriyyəyə buraxılmasını ölkədə inflyasiyanın çox olması ilə əlaqələdirirlər.