“Bank of Azerbaijan” ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və “Muğanbank” ASC Fond tərəfindən “Bank of Azerbaijan”ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.
"Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və “Muğanbank” ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri ”Muğanbank”ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə “Muğanbank” lisenziyası artıq ləğv olunmuş “Royal Bank” ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.