XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 16:41

Kredit qoyuluşlarının həcmi 14%-ə yaxın artıb –Mərkəzi Bank

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 526,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici son bir ayda 184,1 mln. dollar və ya 1,4% artıb.

Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 mln. manat və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 620,9 mln. manat və ya 13,6% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.