XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 18:51

Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb –27%

Bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 113,3 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,05% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8% artaraq 171 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 40,7% azalaraq 80 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 60% azalaraq 20 milyon manat olub.