XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 19:14

Bank sektoru xalis mənfəətini 4 dəfə artırıb –MBNP

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 462,1 milyon manat xalis mənfəət əldə edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,45 dəfə çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 1 720,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,7% çox), əməliyyat xərcləri 1 100,7 milyon manat (5,3% çox), xüsusi ehtiyatlara ayırmaları 126,1 milyon manat (60,15% az), digər gəlirləri 21,5 milyon manat (30,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 52,7 milyon manat (2,45 dəfə çox) təşkil edib.