XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 13:44

İsveçrə banklarında pulu olan Azərbaycan vətəndaşlarının adları açıqlanacaq –Maliyyə nazirindən bəyanat

İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.

Bununla bağlı ölkənin maliyyə naziri Uli Maurer bildirib.

O deyib ki, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: “Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.

Ümumiyyətlə, məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi nəzərdə tutulur/Report.