XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2016 - 11:47

“Neftin qiyməti 55 dollara çata bilər” [color=red]- Yaxın Şərq üzrə analitik

"Bir sıra qiymətləndirmələrə əsasən, neftin bir barrelinin qiyməti 2017-ci ildə 55 dollara çata bilər".

Bunu Yaxın Şərq üzrə analitik, Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri Teodor Karasik deyib.

Neftin qiymətinin cari artımının müvəqqəti olduğunu bildirən ekspert qeyd edib ki, neft bazarında vəziyyətin inkişafını heç kim dəqiq bilə bilməz.

Onun sözlərinə görə, neft bazarında indiki vəziyyətin günahkarı Rusiya və İranı zəiflətmək məqsədilə iqtisadi və siyasi böhran yaratmaq istəyən ABŞ-la Səudiyyə Ərəbistanıdır(Trend).