XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 22:43

Son 15 ildə ölkədə ÜDM istehsalı 3,3 dəfə artıb- Statistika Komitəsi

Son 15 il ərzində ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM istehsalı 2,8 dəfə artıb.

Bu sözləri oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. Nominal əməkhaqqı və pensiyalar üzrə göstəricilərdə son artımlar nəzərə alınmayıb”, – deyə T.Budaqov qeyd edib/Azərtac.