XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 14:49

ABŞ-ın Avropa İttifaqına qarşı gömrük rüsumları təsdiqləndi –7,5 milyard dollarlıq

5 ölkənin birgə müəssisəsi – “Airbus”a verilən qeyri-qanuni dəstəklə əlaqədar ABŞ-ın Avropa İttifaqına (Aİ) tətbiq etdiyi 7,5 milyard dollarlıq gömrük rüsumları təsdiqlənib.

Bu barədə qərarı Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qəbul edib.

Xatırladaq ki, rəsmi Vaşinqton bu rüsumlarla yerli təyyarə istehsalçısı “Boeing” korporasiyasına dəstə verir.

ABŞ-ın addımlarına münasibət bildirən Aİ-nın ticarət komissarı Sesiliya Malmström bildirib ki, əgər sözügedən rüsumlar tətbiq edilərsə, buna cavab verməkdən başqa çarə qalmayacaq.

Avropa tərəfinin cavab tədbirləri 2020-ci ildə baş tuta bilər. Bu halda tərəflər arasında ticarət gərginliyinin daha da artacağı gözlənilir/Report.