Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
Strateq.az AMB-yə istinadən xəbər verir ki, hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb:
"Hərracda iştirak edən 5 bank tərəfindən məcmu tələb 16,670 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub".