XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2019 - 23:00

Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasında milli valyutalarda hesablaşma və ödəmələr barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi Rusiya maliyyə nazirinin birinci müavini Anton Siluanov və Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb.

Sazişə əsasən iki ölkə arasında bank hesablaşmaları zamanı milli valyutalardan (rubl və lirə) istifadə olunması, maliyyə bazarlarının müvafiq infrastrukturunun yaradılması nəzərdə tutulur.