XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2019 - 13:42

Dünya Bankı proqnozlarını azaldıb- Qlobal iqtisadi artım tempi üzrə

Dünya Bankı qlobal iqtisadi artım tempi üzrə proqnozlarını azaldıb.

“APA-Economics”in Dünya Bankının dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünya iqtisadiyyatı 2,5% artacaq. Halbuki cari ilin iyun ayında bank bu göstəricini 2,6% olacağını proqnozlaşdırırdı.

Bundan başqa, Dünya Bankı 2020-ci ildə qlobal iqtisadiyyatın eynən 2,5% (iyun proqnozu – 2,7%), 2021-ci ildə isə 2,6% (iyun proqnozu – 2,8%) artacağını proqnozlaşdırır.