XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 22:17

“Boeing 737 Max”lar istismara qaytarılır –Bu tarixdən

“American Airlines” şirkəti gələn ilin 16 yanvar tarixindən “Boeing 737 Max” tipli təyyarələrinin istismarını davam etmək qərarına gəlib.

Sözügedən təyyarələrin proqram təminatının yenilənəcəyi nəticəsində bu il ərzində onları sertifikatlaşdırılmasına, gələn il yanvar ayından da müntəzəm istismarına yol açacağı gözlənilir.

Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin ötən il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, bu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı. “İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemində nasazlıq yarandığını etiraf etmişdi/Report.