XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 08:13

Gömrükdən min qutu siqaret [color=red]keçirən şəxs ələ keçdi

 

siqaret gom.jpg

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda siqaretin keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Şükür Qurbanzadənin idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdə 1158 qutu “MM” markalı siqaret aşkar olunaraq götürülüb.

Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydə alınıb. Burada isə Azərbaycan vətəndaşı Marif Rzayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının yük yerində Rusiya Federasiyasının aksiz markası ilə markalanan 240 qutu “Parliament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.