XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 21:57

OPEC+:"ABŞ əməkdaşlıq xartiyasına qoşulmalıdır"

OPEC+ ölkələri böyük neft istehsalçılarından olan ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib.

Bu barədə Londonda (Böyük Britaniya) keçirilən “Oil & Money” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Xatırladaq ki, bu ilin iyul ayında OPEC+ formatının 24 iştirakçı ölkəsi arasında Vyadakı görüşdə imzaladıqları müddətsiz əməkdaşlıq xartiyası könüllü surətdə yerinə yetiriləcək, hər hansı hüquqi səciyyə daşımayan öhdəlikləri nəzərdə tutur.

OPEC+ çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan hasilatı azaltma razılaşmasının məqsədi neft qiymətlərini sabitləşdirməkdən ibarətdir. Razılaşmaya görə iştirakçı ölkələr gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmalıdır/Report.