Ötən həftə birdən-birə yüksələn neftin qiymətləri yenidən aşağı düşür.
Strateq.az xəbər verir ki, bu gün 1 barrel “Brent” markalı neft 32.80 dollara qədər ucuzlaşıb. ABŞ xam neftinin qiyməti isə daha aşağı olub-30.40 dollar.
Mütəxəssislər bu ucuzlaşmanın səbəbini ABŞ-ın neft hasilatını yenidən artırmaq qərarına gəlməsi ilə əlaqələndirirlər. Ucuzlaşmanın ABŞ xam neftiylə başlaması da bu mənada təsadüfi deyil.
Bu gün ABŞ-ın bazara nə qədər artıq neft çıxaracağının açıqlanması gözlənilir. Proqnozlara görə, ABŞ bazara çıxardığı nefti 5 milyon barrel artıra bilər. Gözləntilər özünü doğrultsa, neftin qiyməti yenidən qısa müddət ərzində kəskin şəkildə ucuzlaşacaq.