XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 17:27

Azərbaycan ƏƏSMN ilə Rusiya ƏƏSMN arasındakı saziş təsdiqləndi –Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.