Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 14-də qızılın qiyməti oktyabrın 11-i ilə müqayisədə 13,906 manat azalaraq 1 unsiya üçün 2528,1125 manat təşkil edib.
Gümüş 0,0748 manat bahalaşaraq 1 unsiya üçün 29,8699 manata bərabər olub.
Platinin qiyməti 14,4415 manat azalaraq 1516,536 manat, palladiumun qiyməti 5,6525 manat azalaraq 2890,425 manat təşkil edib.