XƏBƏR LENTİ

21 Noyabr 2019
20 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 16:48

Himayəsində 18 yaşına çatmamış 3 övladı olan valideynə vergi güzəşti olunacaq –Nazirlik detalları açıqladı

Mövcud qanunvericiliyə görə, himayəsində 18 yaşına çatmamış 3 övladı olan valideynə vergi güzəşti olunacaq.

Strateq.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi məlumat yayıb.

Bildirilib ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır: “Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə görə, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır”.