Yanvarın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. 398,5 mln. dollar təşkil edib.
“Bir ay ərzində bankın ehtiyatları 618,2 mln. dollar azalıb”- , deyə Mərkəzi Bankın saytındakı məlumatda bildirilir. (Turan)
2015-ci ilin sonlarında bankın valyuta ehtiyatları 5 mlrd. 16,7 mln. dollar təşkil edib. Bir ay ərzində ehtiyatlar 12%-dən çox azalıb. Bir il ərzində Mərkəzi Bankın ehtiyatları təxminən üç dəfə azalıb.