XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2019 - 18:55

Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib –Detallar

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlayıb.

Komitədən bildirilib ki, bundan sonra planşetlər torpaq müfəttişlərinə veriləcək.

“Müfəttişlərin planşetlə işləməsi işin keyfiyyətini artıracaq. Məsələn, onlar monitorinq aparan zaman planşet vasitəsilə dərhal torpaq sahəsinin təyinatını, burada aparılan tikinti işlərinin qanuni olub-olmamasını, torpağın kimə məxsus olmasını öyrənə biləcəklər. Əgər cəza tədbiri görülməsinə ehtiyac olarsa, dərhal qanunu pozmuş şəxslərə bu barədə SMS göndərmək mümkün olacaq”, – deyə ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib.