XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 Oktyabr 2019 - 13:10

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı artıb –29%

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 216,2 min ton həcmində xam neft hasil edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu həcmin 28 147,4 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin doqquz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,7%, əmtəəlik xam neftin həcmi isə 2,8% az olub.

Hesabat dövründə ölkədə 25 981,7 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16,8% çoxdur.

Hasil edilən təbii qazın 17 892,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin doqquz ayında əmtəəlik təbii qazın həcmində 29,3% artım qeydə alınıb.