XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 13:21

Azərbaycanda qızıl istehsalı 8%, gümüş istehsalı isə 22%-dən çox artıb –DSK

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 780,7 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.

Bu il oktyabrın 1-nə ölkədə 186,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 9 ayı ərzində Azərbaycanda 2 870,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,4% çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 71,4 kq hazır məhsul ehtiyatı yaranıb.