XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Oktyabr 2019 - 18:32

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 5 dəfə artıb –DGK

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 670,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,8 mln. dollar və ya 3,4% çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 14,5 dəfə azalaraq 18 mln. dollar, idxalın həcmi isə 68,1% artaraq 264,3 mln. dollara bərabər olub.

Bu ilin yanvar-sentyabr aylarında 634,2 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 5 dəfə çoxdur.

Göründüyü kimi, ABŞ-la Azərbaycan arasında ticarət mübadiləsi əsasən Azərbaycanın ABŞ-dan idxalı hesabına artıb.