XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

18 Oktyabr 2019 - 20:59

Azərbaycanda dövlət borcuna xidmətlə bağlı xərclər azaldılır –22%

2020-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərin 1 828,16 milyon manat olacağı gözlənilir.

Bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunur.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 21,7% azdır.

Gələn il hökumət xarici borcların qaytarılmasına 1 695,012 milyon manat (o cümlədən faiz ödənişlərinə 517,886 milyon manat), daxili borcların qaytarılmasına isə 133,148 milyon manat (o cümlədən faiz ödənişlərinə 120,151 milyon manat) yönəltməyi planlaşdırır.

Qeyd edək ki, gələn il daxili borclanma ilə bağlı limit 400 milyon manat, xarici borclanma ilə bağlı limit 1 milyard manat, dövlət zəmanətləri ilə bağlı limit isə 1 milyard manat nəzərdə tutulub.