XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2019 - 13:56

Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq- İnflyasiyanın səviyyəsi 4,6 faiz olacaq

2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2019-cu ilin yanvar-avqust ayları ərzində inflyasiya isə 2,6 faiz təşkil edib. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.