XƏBƏR LENTİ

21 Noyabr 2019
20 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 16:23

AÇG-də neft hasilatı 8%, qaz hasilatı isə 5% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 8,8 mln. tona yaxın neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3% azdır.

Bu barədə Azərbaycanın neft-qaz sektorunda çalışan etibar mənbə bildirib.

Onun sözlərinə görə, bu ilin III rübündə AÇG-dən 6,67 mln. ton neft hasil edilib, bu da illik ifadədə 6,1%-lik azalma deməkdir.

Bundan başqa, mənbənin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında AÇG blokunda qaz hasilatı 5,3% azalaraq 8,8 mlrd. kubmetrə yaxın olub. İlin III kvartalında bu göstərici 3,1 mlrd. kubmetr təşkil edib (1,61% azalma).

Qeyd edək ki, azalmanın səbəbi bu ilin aprel ayında “Mərkəzi Azəri” platformasının planlaşdırılmış profilaktik işlərin aparılması üçün ikihəftəlik dayandırılması olub. Bundan başqa, cari ilin oktyabrın 15-dən etibarən “Qərbi Çıraq” platforması da planlaşdırılmış profilaktik işlərlə əlaqədar 15 günlük dayandırılıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.

Qeyd edək ki, yataqlar blokunun dərinliklərindəki qazın böyük işlənməsi isə yeni müqavilədən kənardadır və bu məsələ tərəfdaşlar arasında yenidən müzakirə olunmalıdır. (apa)