XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 18:15

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşib –Yeni layihə MM-ə göndərilib

Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

Bununla bağlı müvafiq qanun layihəsi  Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir/Report.