XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 16:12

“Beynəlxalq Banka məxsus 3,2 milyard manatlıq vaxtı keçmiş borc geri qaytarılıb” –Məmməd Musayev

İndiyə qədər “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 9 600-dən çox problemli aktiv qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi quruma 3,2 milyard manatdan çox vaxtı keçmiş borc ödənilib.

“Biz müxtəlif istiqamətdə işlər aparırıq. Hansısa müştərilərin maliyyə vəziyyətini düzəltmək mümkündürsə, onun kredit borcunu restrukturizasiya edirik və bununla da müştərilər yenidən kreditlərini qaytarmağa, maliyyə vəziyyətlərini sağlamlaşdırmağa, yeni iş yerləri açmağa başlayırlar”, – deyə M.Musayev qeyd edib/Report.