XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Oktyabr 2019 - 17:48

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb –9%

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 48 558,5 milyon ABŞ dolları təşkil edib.

Bunun 87,6%-i və yaxud 42 524,4 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,4%-i, yaxud 6 034,1 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 155,4 milyon dollar və yaxud 0,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 60,7 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 94,7 milyon dollar və yaxud 0,15% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 036,3 milyon dollar və yaxud 9,1% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 3 536,7 milyon dollar və yaxud 9,1%, AMB-nin valyuta ehtiyatları isə 499,6 milyon dollar və yaxud 9% artıb.