XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 15:01

Ölkə prezidenti:"Braziliya OPEC üzvü olmaq arzusundadır"

Braziliya hökuməti OPEC üzvü olmaq arzusunda olduqlarını açıqlayıb.

Bu barədə ölkə Prezidenti Jair Bolsonaro Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” forumunda çıxışı zamanı bildirib.

O deyib: “Şəxsən mən Braziliyanın OPEC üzvü olacağını düşünürəm”.

Dövlət başçısı bu barədə arxayın olduğunu və ölkəsinin OPEC üzvü olan bəzi ölkələrdən daha böyük neft-qaz ehtiyatlarına malik olduğunu söyləyib.

Prezident diqqətə çatdırıb ki, bu gün neft hasilatına görə 12-ci yerdə olan Braziliya qarşıdakı bir neçə il ərzində 6-cı yeri tuta bilər/Report.