XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Oktyabr 2019 - 14:39

Nazirlik rəsmisi:“Aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkirik”

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkir”.

Bunu “Report”a açıqlmasında qurumun sədr müavini Yaqub Cəfərov bildirib.

“Bu, bütün ölkədə problemdir. SSEİ dağıldıqdan sonra kənd təsərrüfatı üzrə ixtisaslara yiyələnmək istəyən gənclərin sayı azalıb. Gənclər aqronom, baytar, mexanizator, aqrar iqtisadçı kimi ixtisaslara daha az üz tuturlar. Hazırda kimyaçıları, bioloqları aqrar sahəyə cəlb edirik. Onların təkrar hazırlığı ilə məşğul olaraq, özümüz üçün lazımı kadrlar  hazırlayırıq”, – nazirlik rəsmisi qeyd edib.