XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 23:50

Azərbaycan nefti ucuzlaşdı –Dünya bazarındakı son qiymətlər bəlli oldu

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.