XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 07:32

Banklar müsadirə olunan avtomobilləri satışa çıxardı [color=red]- QİYMƏTLƏR

KİA Optima, Hyundai Sonata, Hyundai Accent, Chevrolet Aveo,  Dodge Durango və digər model avtomobillər…

“Marja” xəbər verir ki, devalvasiyadan sonra bankların kredit borcunu ödəyə bilməyənlərdən müsadirə etdikləri avtomobillər iternet üzərindən satışa çıxarılıb.

Facebook-da “Bank-Avtomobilləri” adlı səhifə vasitəsilə onlarla avtomobillər satışa qoyulub.

Avtomobillər yalnız nağd qiymətə satılır. Adı çəkilən səhifədən 2012-nin Accent-ini 10200 manata, 2011-in Sonata-sını 15 200 manata, 2012-nin Hyundai İX 35-ni 15500 manata, 2012-nin Aveo-sunu 8800 manata, 2012-nin Rio-sunu 9800 manata və s. əldə etmək olar.

Səhifəyə yaxın günlərdə daha çox sayda avtomobillərin çıxarılacağı bildirilir.